525.Az

"Petkim"ə vergi güzəştləri verildi


 

"Petkim"ə vergi güzəştləri verildi<b style="color:red"></b>

Türkiyənin İqtisadiyyat Nazirliyi "Petkim Petrokimya Holding A.Ş."-ni ("Petkim") xarici ticarətə investisiya yatıran şirkətlərin siyahısına əlavə edib.

"APA-Economics" "Resmi Gazete"yə istinadən xəbər verir ki, holdinq siyahıda 57-ci yerdə qərarlaşıb.

Beləliklə, bu siyahıya daxil olaraq "Petkim" vergi güzəştlərindən yararlana biləcək.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qonşu ölkədə yeganə neft-kimya istehsalçısı olan "Petkim Petrokimya Holding A.Ş."-də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Turkey Energy A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb.

2010-cu ildə "SOCAR Turkey Energy A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq holdinq üçün xammal xərclərini azaldacaq.

 





21.07.2017    çap et  çap et