525.Az

Məmmədyarov Macarıstan səfirini qəbul etdi


 

Məmmədyarov Macarıstan səfirini qəbul etdi<b style="color:red"></b> Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir İmre Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
 
E. Məmmədyarov İ. Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 





21.07.2017    çap et  çap et