525.Az

Vakant dövlət qulluğu üçün müsahibə elan edildi


 

Vakant dövlət qulluğu üçün müsahibə elan edildi<b style="color:red"></b> Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.
 
DİM-dən APA-ya verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 24 iyuldan 14 avqustdək saat 18:00‑dək DİM (Gənclik binası, AZ1110, Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə) (bundan sonra - Mərkəz) tərəfindən aparılır.
 
Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilər.
 





21.07.2017    çap et  çap et