525.Az

Dövlət Xidmətində milli mətbuatın 142-ci ildönümü qeyd olundu


 

Dövlət Xidmətində milli mətbuatın 142-ci ildönümü qeyd olundu<b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan milli mətbuatın 142-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək, milli mətbuatın keçdiyi inkişaf mərhələlərindən danışıb.

Z.Abdullayev bildirib ki, “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan mətbuat bu gün cəmiyyətimizi bütün sahələrdə informasiya ilə təmin etməyə nail olub.

Xidmət rəisinin birinci müavini ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi ilə müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlandığını qeyd edərək deyib:

“Mətbuata dəstək prezident İlham Əliyevin diqqət mərkəzindədir. Jurnalistlərin sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq mühüm əhəmiyyətə malik layihələr həyata keçirilir”.

Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat orqanları arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb.

Tədbirin sonunda Xidmətlə yaxından əməkdaşlıq edən jurnalistlərə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplom və hədiyyələr təqdim olunub.

 





21.07.2017    çap et  çap et