525.Az

Bakı ermənisi Azərbaycan prezidenti olmaq istəyir


 

Bakı ermənisi Azərbaycan prezidenti olmaq istəyir<b style="color:red"></b>

O, Azərbaycan dövlət başçısından təhlükəsizliyinə təminat verilməsini istəyib

Erməni əsilli keçmiş Bakı sakini Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyir.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, Azərbaycan Erməniləri Assambleyasının rəhbəri Qriqoriy Ayvazyan bu gün keçirdiyi mətbuat konfransında Bakıdakı mənzilinə qayıtmaq istədiyini deyib. Eyni zamanda Azərbaycan dövlət başçısından onun təhlükəsizliyinə təminat verilməsini istəyib.

Onun sözlərinə görə, təhlükəzliyinə zəmanət almaq üçün BMT-nin qaçqınların məsələləri üzrə nümayəndəliyinə müraciət edib. Ayvazyan həmçinin Azərbaycandan gedən erməniləri də ondan nümunə götürməyə çağırıb.

 





17.05.2013    çap et  çap et