525.Az

Velosiped istehsalı üçün gətirilən ehtiyat hissələrindən rüsum alınmayacaq


 

Velosiped istehsalı üçün gətirilən ehtiyat hissələrindən rüsum alınmayacaq<b style="color:red"></b> Sabahdan Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri gömrük rüsumlarından azaddır.
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
 
Dəyişikliyə əsasən, “Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib. İyunun 22-də dərc edilən qərar 30 gün sonra, iyulun 23-də qüvvəyə minir və 2  il müddətində qüvvədə olacaq.
 





22.07.2017    çap et  çap et