525.Az

İran və Qazaxıstanın hərbi gəmiləri Bakıda


 

İran və Qazaxıstanın hərbi gəmiləri Bakıda<b style="color:red"></b> Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və  Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.
 
Bu barədə 525.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.
 





22.07.2017    çap et  çap et