525.Az

“Azərbaycan prezidenti jurnalistlərə xüsusi qayğı göstərir”


 

“Azərbaycan prezidenti jurnalistlərə xüsusi qayğı göstərir”<b style="color:red"></b>

“Birinci binada mənzillə bağlı namizədliyimi irəli sürmədim, çünki ölkədə məndən öncə kifayət qədər mətbuatda haqqı olan insanlar var. Birinci mənzil bölgüsündə onların böyük qismi mənzillə təmin olundu. Hamımızın həyat şəraitini yaxşılaşdırmaq haqqı olduğu üçün ikinci binada mənzillə bağlı namizədliyim irəli sürüldü”.

Bu sözləri APA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə xüsusi qayğı göstərdiyini deyən E. Həsənli bildirib ki, 2002-ci ildən yaratdığı “Hərbi And” qəzeti ölkədə hərbi vətənpərvərliyin təbliği, hərbi və dövlət sirlərinin qorunması, ordu və cəmiyyət əlaqələrindən bəhs edən, ardıcıl çıxan nəşrdir: “Mən həm də 2005-ci ildən ordu-cəmiyyət əlaqələrinin koordinasiya olunması, hərbi-vətənpərvərlik təbliğatının yüksəldilməsi, hərbi və dövlət sirlərinin qorunması ilə bağlı jurnalistlərin Mətbuat Klubuna uzun müddət rəhbərlik etmişəm. Məni bu camiədə tanımayan jurnalist yoxdur. Eyni zamanda, 1999-cu ildən gündəlik qəzetlərdə, saytlarda kifayət qədər məqaləm, yazılarım dərc olunur”.

QHT sədrinin sözlərinə görə, hər bir insanın daxili senzurası olmalıdır ki, namizədlik irəli sürməyə layiqsən, yoxsa yox: “Hərbi And” qəzeti dəfələrlə müsabiqələrdə yer tutub, dəfələrlə Silahlı Qüvvələrin rəhbərliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları, Prezident Qvardiyası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətimizi yüksək qiymətləndirib. Çoxsaylı fəxri fərmanlar almışam, hər zaman böyük tədbirlərin təşkilatçısı olmuşam”.

 





22.07.2017    çap et  çap et