525.Az

İran “Sayad-3” raketlərinin seriyalı istehsalına başladı


 

İran “Sayad-3” raketlərinin seriyalı istehsalına başladı<b style="color:red"></b> İran “Sayad-3” havadan müdafiə raketlərinin istehsalını qurub.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə,  istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.
 
Nazir çıxışında qeyd edib ki, “Sayad-3”  raketlərinin istehsalında  müasir dünya texnologiyaları nəzərə alınıb. “Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi – “görünməyən” qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir”,- deyə müdafiə naziri qeyd edib.  
Onun sözlərinə görə, “Sayad-3” raketlərinin vurma məsafəsi təqribən 120 km-ə yaxındır. 
 





23.07.2017    çap et  çap et