525.Az

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start verilir


 

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start verilir<b style="color:red"></b> Təhsil Nazirliyində “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
 

APA nın məlumatına görə, konfransda təhsil nazirinin müavini Firudin Qurbanov­ , layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
 
Təhsil nazirinin müa­vini Firudin Qurbanov­ bildirib ki,  proqra­mın məqsədi korporati­v sosial məsuliyyət ç­ərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dün­yagörüşünün artırılmasıdır. Nazir müavini layihənin bölgələrdə yaşayan və ya təhsil alan, akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına, eləcə də dünyagörüşünün formala­şmasına təsir etmək, ­onlara informasiya texnologiyalarından ist­ifadədə, iş seçimi və axtarışında kömək ed­əcək bilik və bacarıqlar vermək olduğunu vurğulayıb.
  
İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində,  intellektual yarışlarda iştirak edəcək.

“Təhsil avtobusu 2017” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Sabirabad-Gəncə-­Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək.
 
“Azərbaycan Respubli­kasında təhsilin inkişafı üzrə Dövlət Stra­tegiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.
 
2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 ­km yol qət edilib, Ba­kı və 4 rayonun (Lənk­əran, Quba, Gəncə və Şəki) məktəblərindən ­200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda öyrədici oyunları keçirilib.
 





24.07.2017    çap et  çap et