525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət


 

Din və məhəbbət - <b style="color:red">faciələrə aparan ziddiyyət</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Ürək bütün dünyəvi şadlanmaların arasında şiddətli ağrı hiss edir. Mən nifrətamiz divarlarla əhatə olunmuşam. Saatlar illər qədər uzun görünür. Mən min dəfələrlə peşman oluram ki, özümü burada dəfn etmişəm.

Tənhalıq məlahət verici kimi görünür və yerin dincliyi mənim ürəyimə daxil olur. Sakitliyim mənim əzizimin hesabına başa gəlmişdir. Çünki mən onu məhəbbətimin qiymətində satın almışam. Lakin əgər mən səni ürəyimdən qoparıb atsam, qısqanc olma. Allah daim ona malik olmalıdır ki, sənin əvəzinə ürəyimə ağalıq etsin. Mənim ağlımda yer tutmağına görə məmnun ol, onu sən heç vaxt itirməyəcəksən. Mən sənin barəndə düşünəndə daim gizli həzz alacağam.

Elə bu an səndən məktub aldım. Sən məni, yeni xəbərləri yazmağı gecikdirdiyimə görə məzəmmət edirsən. Mənim xəstəliyim bunu üzrlü etməlidir. Sən fikirləşirsən ki, bu yaxınlarda öləcəksən. Sən necə də laqeyd, qəddar adamsan ki, mənə elə şeyi deyirsən ki, o, hökmən məni kədərləndirir. Mən sənə ötən dəfəki məktubumda yazmışdım ki, əgər sən ölsən, mən necə bədbəxt olacağam. Sən özünə qayğı göstərməlisən. Sən arzulayırsan ki, biz dualarımızda səni yaddan çıxarmayaq. Sən bizim atamızsan, biz isə sənin uşaqların. Sən yol göstərənsən, göstəriş ver, biz əməl edək. Sənin ağıllı göstərişlərini biz sədaqətlə icra edəcəyik. Sən mənə bir şey demişdin, o, məni çaşdırdı - sən eşitmisənmi ki, bizim Bacılardan (Monastırdakı rahibələri nəzərdə tutur - tərcüməçi) bəziləri pis nümunədir və onlar ümumən kifayət qədər ciddi deyillər. Bu səbəbə görə, monastırlar çox vaxt onlara pis nüfuz qazandıran adamlarla doludur. Lakin mən sənə yalvarıram ki, hərdənbir belə şeyləri eşidəndə, mənə onlardan xilas olmağın əsl dərmanını göstər. Mən onu alanda, lazımi qayğı göstərməyə borclu olacaqsan. Mən Parisin yaxınlığındakı monastırlarda baş verən macəraları xatırlayıram.

Sən yazırsan ki, belə cana doyduran həyata son qoymaq üçün ölmək istəyirsən. Bu mümkündürmü ki, sənin kimi bir dahi adam öz bədbəxtliklərindən yuxarı qalxa bilmir. Əgər sənin tələbələrin hali olsa ki, sən öz ehtiraslarının gizli quluna və həmin zəifliklərin qurbanına çevrilmisən, bu vaxt sənin idarəçiliyin həmin adamları qoruya bilərmi? Sən gözlərini mənə dik və məhz sənin tələbinlə mənim özümü qapatdığım barədəki bir qərarla öyün. Biz ayrılanda mən gənc idim və (əgər mən sənin daim mənə dediklərinə inanmağa cəsarət edirdimsə) istənilən adamın sevgisinə layiq idim. Əgər mən Abelyarın hissiyyat həzzindən başqa heç nəyi sevmirdimsə, digər kişilər onu itirməyimə görə mənə rahat şərait yarada bilərdilərmi? Mən sənin göz yaşlarını öpüşlərimlə qurudurdum, çünki sən az qüdrətli idin, mən isə özümü az qoruyub saxlayana çevirdim. Mənim sənə qarşı artan dərəcədə laqeydliyimi görsəydin, sən bir ümidsizlik səbəbinə malik olardın. Lakin sən bədbəxtlik hiss edəndən sonra heç vaxt mənim məhəbbətimin ən böyük rəmzlərini belə qəbul etmədin.

Qoy, mən sənin məktublarında, əziz Abelyar, bir daha Taledən belə gileylənməyini görməyim.

Necə bir biabırçılıqdır ki, hansısa bir adam öz başına gələ biləni qəbul edə bilməsin. Özünü mənim nümunəmdə idarə et, axı mən güclü ehtiraslarla doğulmuşam. Əgər sən taledən şikayət edirsənsə, onun zərbələri o qədər çox deyildir ki, onları hiss edəsən. Sən düşmənlərinə göstərməyə çalışırsan ki, onlar sənə zərbə vurmaq üçün səni necə çox ittiham edirlər.

Mənim əziz ərim (bu tituldan axırıncı dəfə istifadə edirəm) mən səni bir daha görməyəcəyəmmi? Ölümündən əvvəl səni qucaqlamaq həzzinə heç vaxt malik olmayacağammı? Qısası, heç bir qadın Abelyarın şəxsinə təhlükəsiz bir nəzər sala bilməz. Ona görə də, Eloiza, Abelyarı görməyi bir daha xahiş etmə. Əgər onun barəsindəki xatirə bu qədər çox narahatlıq yaradırsa, onun canlı iştirakı nələr etməyəcəkdir?

Bəzi vaxtlarda sən mənə gizli narahatlıqlar əhvalatlarını danışırdın və məndə kədəri hiss etmək bacarığını yaradırdın. Ey sevincli xəyallar və təklif olunan imtiyazlar, siz necə tez qeybə çəkildiniz!

Mən oyanır, Abelyarı görmək üçün gözlərimi açıram, qollarımı uzadıram ki, onu qucaqlayım, ancaq o, burada yoxdur. Mən qışqırıram, lakin o, məni eşitmir. Abelyar, bəs sən Eloizanı yuxuda görürsənmi? O, sənə necə yaxınlaşır? Bağışla məni, Abelyar, səhv edən məşuqəni bağışla. Sən, Abelyar öz kursunu bitirməklə xoşbəxt olacaqsan, sənin arzuların və ambisiyaların öz xilası üçün heç bir maneəyə malik olmayacaqdır. Lakin Eloiza ağlamalıdır, o, bütün göz yaşlarının hətta özünün də xilası üçün faydalı olmasına əmin olmadığından həmişə şikayətlənməlidir.

Mən inanmağa başlayıram ki, sənə yazanda olduqca çox ləzzət alıram. Mən bu məktubu yandırmağa borcluyam. Bu, onu göstərir ki, mən hələ də sənə dərin ehtiras hiss edirəm, baxmayaraq ki, başlanğıcda sən məni əks olana inandırmağa cəhd edirdin. Mən mərhəmət və ehtiras dalğalarını hiss edirəm və dönürəm ki, hər ikisinə tabe olum. Abelyar, məni gətirib çıxardığın şəraitdə mənə yazığın gəlsin, mənim son günlərimi müəyyən ölçüdə sakitləşdirməyə çalış, necə ki, mənim ilkin dövrdəki həyatım asan olmamaqla yanaşı, həm də narahat idi.

V məktub. Abelyardan Eloizaya

Eloiza, daha mənə məktub yazma. Biz dünyadan ayrılmışıq ki, özümüzü  mənən təmizləyək, təmizə çıxaraq. Xristian mənəviyyatına birbaşa zidd olan hərəkət etməklə biz İisus Xrist üçün iyrənc adama çevrilmişik. Gəl, bir daha özümüzü keçmiş həzlərimizlə aldatmayaq, biz ancaq öz həyatımızı narahat etdik və tənhalığın şirinliyini pozduq. Qoy, biz öz səbirliliyimizdən yaxşı istifadə edək və cəzamızın ciddiliyi arasında artıq öz cinayətlərimizi xatırlamayaq. Allah bizim subyektimiz olduğu halda, heç vaxt özümüzü elə böyük yüksəkliyə qaldıra bilmərik. Qoy, biz onun yaratdıqlarından və ya özümüzdən asılı olmayaraq, Allahın şərəfi naminə hərəkət edək, bizim digər arzularımıza və ya digərlərinin rəyinə heç bir əhəmiyyət verməyək. Mən səni dua etməyə, meditasiyaya, zəhmətlə məşğul olmağa və dinməz dayanmaq barədə içdiyin andları yerinə yetirməyə istiqamətləndirəcəyəm. Və mən özüm də dua edəcək və dinməz qalacağam.

Eloiza, sənin ürəyin hələ də söndürə bilmədiyin məhvedici alovla yanır və mənimki də narahatlıq və qaydasızlıq ilə doludur. Mən axırıncı dəfə sənə öz ürəyimi açdım, həmçinin sənin kədərinə hissiyyatlı olaraq qalıram və uzun müddət onlara şərik olacağam. Sənin məktubların məni çox kədərləndirdi. Mən ah çəkir və ağlayıram. Bədbəxt Eloiza, bu, Abelyar üçün səfil şəraitdir. Mən bizim bədbəxtliklərimizi qəzavü-qədərin günahlarımızı cəzalandırmaq üçün gizli layihəsi hesab edirəm və Fulbertə yalnız ilahi intiqamın aləti kimi baxıram.

Ancaq Eloiza, sən məni titrəməyə sövq etdin, məktubların mənə bəyan edir ki, sən insan sevgisinə qul olmusan və həm də, əgər sən ona qalib gələ bilməsən, sən xilas ola bilməyəcəksən. Sonda sən bu məhkəmədə mənim hansı rolu oynamağımı nəzərdə tutursan? Qoy, biz öz qərarlarımızda daha möhkəm olaq. Qoy, biz özümüzü bütöv ürəyimizlə Allaha həsr edək.

Mən bilirəm ki, başlanğıcda hər şey çətindir, lakin böyük hərəkəti cəsarətlə başlamaq şərəfdir. Biz bu hesabdan bütün maneələri igidliklə keçməliyik. Heç kəs Allahın boyunduruğunu layiqincə daşımağa heç də uzun müddət davam gətirə bilməz. Sənin canını sarıyan həmin biabırçı zəncirləri qırmağa cəhd et, özünü təzə zəncirlə bağla ki, mərhəmətin köməyi ilə sən xoşbəxt ola bilərsən. Əgər sənin birinci cəhdlərin zəifliyini göstərsə, ümidsizliyə qapılma, buna görə sən qorxaq ola bilərsən. Dəhşətli düşmənə qalib gəlmək, həm də qəzəb alovunu söndürmək üçün mübarizə apar.

Sən öz arzularına qarşı döyüşməlisən ki, pozulan təbiətinin ağırlığının təzyiqi altına düşməyəsən. Həyatımız azmağın təsirinə məruz qalanda biz bir böyük müqəddəs adamın “İnsan həyatı uzun şəkildəki azmaqdır” - dediyini etdik. Heç vaxt yatmayan şeytan bizi təəccübləndirmək üçün daim ətrafımızda, özü də bəzi mühafizə olunmayan tərəfimizdə dolaşır və könlümüzü məhv etmək üçün ona daxil olur. Şirniklənməyə məruz qaldıqda biz qorxuruq, bu vaxt digər başqası bizə hücum çəkir. Biz əbəs qaydada özümüzü tərifləyirik ki, uçmaqla şirniklənməyə qalib gələcəyik. Əgər biz səbirli və itaətkar olmadan birləşsək, biz özümüzə heç bir səbəb olmadan əzab verəcəyik.

Eloiza, dəyişilən olma və Allaha inanc gətir, yoxsa sən yeni şirniklənmələrə düşə bilərsən. Onlar gələndə, lap başlanma anında onları boğ - qoyma sənin ürəyində kök salsın. Qədim insan deyirdi: “Xəstəliyə qarşı dərmanları qəbul elə”. Azmağın özü də dərəcələrə malikdir, onlar əvvəlcə sadəcə düşüncələrdir və heç də təhlükə kimi meydana çıxmır. Təxəyyül onları heç bir qorxu olmadan qəbul edir, həzz yüksəlir. Onda biz dayanır və axırda ona tabe oluruq.

Eloiza, indi sənin müqəddəs olanların addımları ilə addımlamağın barədə mənim sözlərimlə razılaşırsanmı? Sözlərim peşmançılıq üçün sənə xoş gəldimi? Mən öz dualarımda sənə zəmanət verməyi heç vaxt dayandırmayacağam və Allahdan xahiş edəcəyəm ki, sənin bir müqəddəs kimi ölməyin barədəki istəyinə köməklik göstərsin. Sən dünya ilə xudahafizləşmisən və sənin ora götürülməyindən ötəri hansı şey layiq olacaqdır? Gözlərini daim Ona tərəf qaldır, sənin qalan günlərin Ona həsr olunacaqdır. Saray peyğəmbəri demişdir: “Allah, məni öz zərurətlərimdən qoru”. Bədbəxt olanlardan çoxu nə vəziyyətdə olduğunu bilmir. Öz səfilliklərini bilənlər daha artıq bədbəxtdirlər və həm də onlar öz dövrünün pozğunluğuna nifrət edə bilmirlər. Özlərini Yerə aid olan meyllərə bağlayanlar necə də səfehdirlər! Onlar bir gün aldadılmayan olacaqlar. Belə saxta şeyləri sevməyə görə onlar özlərini çox gec məzəmmət etdiklərindən hali olacaqlar. Əsl mömin adamlar belə səhv etmirlər, onlar belə hiss həzlərindən azaddırlar və öz arzularını Göylərə ünvanlayırlar.

Eloiza, sən ləngimədən hərəkət et, sənin öz xilasın üçün işləməkdən ötəri  kifayət qədər vaxtın vardır. Xristi sev və Onun naminə özündən zəhlən getsin. O, sənin ürəyinə malik olacaqdır, sənin ahlarının və göz yaşlarının yeganə səbəbi olacaqdır. Ondan başqa, heç nədə rahatlıq axtarma. Əgər sən özünü məndən azad edə bilməsən, mənimlə birgə yıxılacaqsan. Ancaq sən məni tərk et və Ondan yapış. Əgər sən Allahı məcbur etsən ki, səni tərk etsin, hökmən narahatlığa düşəcəksən. Lakin ona sədaqətli olsan, sən sevinc tapacaqsan. Maqdalina ağlayırdı ki, İisus onu tərk etmişdir, ancaq Marta dedi: “Bax, Allah səni çağırır”. Öz borcunu yerinə yetirmək üçün çalışqan ol, mərhəmətin çağırışına sədaqətlə tabe ol və İisus səninlə olacaqdır.

Allah bizim xilasımızı ürəkdən istəyir. Köhnə vəsiyyətdə O, qanun cədvəllərini yazmışdır, bununla O, bizdən tələb edir ki, Onun iradəsindən sonra biz öz axtarışımızda yolumuzu azmayaq. Bizim zəifliyimizi və bacarıqsızlığımızı bildiyindən, o, öz iradəsini yerinə yetirməkdə bizə mərhəmət göstərir.

Peyğəmbər demişdir: “Öz müqəddəslərinin ölümü Allahın nəzərində çox qiymətlidir”. Onu açmaq çətindir ki, niyə onların ölümü günahkarlarınkından belə qəbul edilən olacaqdır. Peyğəmbər bu barədə üç şərt söyləmişdir: birincisi, onlar Allahın iradəsinə sığınmışlar; ikincisi onların yaxşı işlərinin davam etməsidir və axırıncı, onlar Şeytan üzərində zəfər çalmışlar.

Özünü Allahın iradəsinə itaətə adət etmiş müqəddəs adam müqavimət göstərmədən ölümə tabe olur. O, Hakimin onu mükafatlandırmasını sevinclə gözləyir. O, bu səfil öləri həyatla xudahafizləşməkdən qorxmur, çünki ölməz bir xoşbəxtliyə başlayacaqdır.

Müqəddəslər həmişə günahkarlarla müqayisədə belə üstünlüyə malikdir və öz Yaradanları ilə (Tanrı ilə - tərcüməçi) könüllərinin birləşməsi onlar üçün iltifatdır.

(Ardı var)

 





24.07.2017    çap et  çap et