525.Az

"Yeni dalğa" adlı qəzet fəaliyyətə başladı


 

"Yeni dalğa" adlı qəzet fəaliyyətə başladı<b style="color:red"></b>

İyulun 22-də Milli Mətbuat günü ilə əlaqədar "Yeni dalğa" adlı ədəbi qəzet xüsusi buraxılışla ictimaiyyətə təqdim olunub.

İctimaiyyət və media nümayəndələrinin iştirakı ilə Azərkitab Kitab Mərkəzində təsisçisi Tural Turan, baş redaktoru Emil Rasimoğlu olan qəzetin təqdimatı keçirilib.

Tədbir iştirakçılarından Xan Rəsuloğlu, Faiq Balabəyli, Namiq Hacıheydərli və başqaları çıxış edərək Azərbaycan mətbuatından söz açıb qəzetin redaksiya heyətinə tövsiyə və təkliflərini veriblər.

Eyni zamanda gənc yazarlardan İntiqam Yaşar, Dinməz Türk və digərləri qəzet haqqında fikirlərini bölüşüblər.

Qeyd olundu ki, qəzetin yayına başlamasının başlıca məqsədi ədəbi mühitdə bədii estetik zövqün formalaşması, dünya ədəbiyyatı və mövcud ədəbi prosesi ilə ədəbi ictimayətin arasında körpü yaratmaq, baş verən hadisələri oxuculara çatdırmaq, bu istiqamətdə yeni ciddi imzaları - istedadları üzə çıxarıb ölkə və dünya çapına təqdim etməkdir.

"Yeni dalğa"nın ilk sayında yerli ədəbiyyatımızdan Mövlud Süleymanlının "Şapkamı geyinən" hekayəsi, Əlisəmid Kürün, Aqşin Yeniseyin, və Esmira Məhiqızının silsilə şeirləri, Musa Yaqubla müsahibə eyni zamanda xarici ədəbiyyatdan Umberto Ekonun "Manifest"ləri; Orhan Pamukdan, Çarlz Bukoviskidən, Murat Menteşdən, Pol Valeridən, Şarl Bodlerdən (Salam Sarvanın, Tural Turanın, Ümid Nəccarinin təqdimatında) tərcümələr yer alıb.

Qeyd edək ki, qəzet ayda bir dəfə nəşr olunacaq.

 





24.07.2017    çap et  çap et