525.Az

Sabunçu rayonunda kitab sərgisi


 

Sabunçu rayonunda kitab sərgisi <b style="color:red"></b>

İyulun 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon mərkəzi kitabxanasında “Yay tətili kitablarla” adlı kitab sərgisi açılıb.

AzərTAc xəbər verir ki, tədbirdə sərgi, eləcə də kitabxananın fondunda olan uşaq ədəbiyyatı haqqında ətraflı məlumat verilib.

Oxuculara kitabın bəşər mədəniyyətinin böyük təzahürü, cəmiyyətin maddi və mənəvi həyatının tərkib hissəsi, siyasi-ideoloji mübarizə vasitəsi olduğu bildirilib.

Vurğulanıb ki, insan üçün faydalı kitab maddi nemətlər istehsalını təkmilləşdirmək, cəmiyyətin inkişaf qanunauyğunluqlarını dərk etmək, təbiətin sirlərini öyrənmək, habelə kosmik fəzanı fəth etmək, elm, sənaye və texnikanı durmadan yüksəltmək vasitəsidir.

Sonda uşaqlar kitabxanaya üzv olublar.

 





24.07.2017    çap et  çap et