525.Az

Qubada dəhşətli qəzada 4 hərbçi öldü, 7 hərbçi yaralandı


 

Qubada dəhşətli qəzada 4 hərbçi öldü, 7 hərbçi yaralandı<b style="color:red"></b>

Bu gün Quba rayonunda hərbçiləri daşıyan maşın qəzaya düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
 
Qəza zamanı xəsarət alan hərbçilər isə xəstəxanaya yerləşdirilib.
 
Xəsarət alan hərbçilər isə aşağıdakılardır  - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsmiyev Elbəy Ədalət oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.
 
Qeyd edək ki, məlum hadisə bu gün Quba rayonunda qeydə alınıb. Hərbçiləri daşıyan hərbi maşının aşması nəticəsində 4 nəfər ölüb, 9 hərbçi xəsarət alıb.

 





18.05.2013    çap et  çap et