525.Az

“Laçını unutmadıq” mövzusunda tədbir keçirilib


 

“Laçını unutmadıq” mövzusunda tədbir keçirilib<b style="color:red"></b>

Dünən “XXI Əsrin Qadınları” İctimai Birliyi Atatürk mərkəzində tariximizi tanıyaq və tanıdaq istiqamətində keçirdiyi silsilə tədbirlərin tərkib hissəsi olan “Laçını unutmadıq” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan “XXI əsrin Qadınları” ictimai birliyinin sədri Mahirə Əmirhüseynova rayonun işğal tarixindən danışaraq geniş nitq söyləyib. O qeyd edib ki, Laçın rayonu 1924-cü ildə təsis edilib: “Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir. Ərazisi 1 tam yüzdə 84 min kvadrat kilometr, əhalisininin sayı 72 min nəfərdir. Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 123 kənd vardır. Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur ki, 1992-ci ilin may ayının 18-dən Ermənistanın işğalı altındadır. BMT-nin işğalla bağlı məlum qətnaməsinə baxmayaraq dünya ictimaiyyəti Laçının işğalına 21 ildir ki, biganə yanaşır, Azərbaycanın haqq səsinə lazımi dəstəyi göstərmirlər”.

Millət vəkili Çingiz Qənizadə Laçın rayonunun işğalından və dövlətimizə dəyən maddi, mənəvi zərərdən söz açaraq erməni işğalı nəticəsində bir milyondan artıq vətəndaşımızın hüquqlarının pozulduğunu vurğulayıb.

Sonra Sağlam “İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov çıxış edərək Şuşanın işğalından sonra ölkədə mövcud olan siyasi hərc-mərcliyin nəticəsi olaraq faktiki mühasirəyə alındığını və  Laçını mövcud qüvvələrlə kömək olmadan qorumağın qeyri-mümkün olduğunu qeyd edib.

“Demokratik Cəmiyyətin İnkişafına Yardım” ictimai birliyi idarə heyətinin sədri Tural Məmmədov tarixi, siyasi istiqamətdə danışaraq ermənilərin çirkin əməllərini kəskin şəkildə tənqid edib.

Tədbirdə Nazirlər Kabinetinin nümayəndəsi Cəlil Hacıyev, millət vəkilli Sevinc Hüseynova, Laçın rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Cabbarlı, Laçın ziyalıları, QHT rəhbərləri Rəfail Becanov, Mehriban Zeynalova, Çingiz Bayramov, İradə Əliyeva, İrada Yaqubova və digər ictimaiyyət nümayəndələri çıxış ediblər.

AQİL

 





18.05.2013    çap et  çap et