525.Az

“Əl-Aksa” məscidinin girişindəki detektor və kameralar götürüldü


 

“Əl-Aksa” məscidinin girişindəki detektor və kameralar götürüldü<b style="color:red"></b> Qüdsdə “Əl-Aksa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib. 
 
Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.
 
İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb. 
 





26.07.2017    çap et  çap et