525.Az

Bakıda binada yanğın: 3 sakin xilas olundu, 20-si təxliyə edildi


 

Bakıda binada yanğın: 3 sakin xilas olundu, 20-si təxliyə edildi<b style="color:red"></b> Bakıda yaşayış binasında yanğın olub.
 
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib.

Nəticədə binanın  şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m  yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib.
 
Mənzillər yanğından mühafizə olunub. 
 





26.07.2017    çap et  çap et