525.Az

Sabah Bakıda yağış yağacaq


 

Sabah Bakıda yağış yağacaq<b style="color:red"></b>

Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, mülayim-şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında da mayın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.
 
Qeyd edək ki, respublika ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 21-dək davam edəcək.

 





18.05.2013    çap et  çap et