525.Az

"Rusiya Cənubi Qafqaz siyasətində erməni faktorundan əl çəkməlidir"


 

"Rusiya Cənubi Qafqaz siyasətində erməni faktorundan əl çəkməlidir"<b style="color:red"></b>

"Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək siyasətini alqışlayırıq. Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafı Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər".

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə həmkarı Vladimir Putinlə keçirdiyi görüşə münasibət bildirərkən deyib. Y.Mahmudovun sözlərinə görə, Rusiya ilə Azərbaycanın tarixi əlaqələri var: "Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin, müxtəlif sosial-iqtisadi sahələrin inkişafında çox mühüm rol oynayıb. Bu, tarixin silinməz səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş tarixi əlaqələr bu gün daha sürətlə inkişaf edir. Rusiyada çox güclü potensialımız var. Rusiyanın bütün şəhərlərində, o cümlədən, Moskvada Azərbaycanın görkəmli alimləri, tanınmış ziyalıları, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər".

Tarix İnstitutunun direktoru hesab edir ki, Rusiya Cənubi Qafqaz siyasətini nizama salmaq üçün ənənəvi ermənipərəst yollardan və erməni faktorundan imtina etməlidir: "Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan və bizim ölkəmizlə hesablaşmadan uğurlu siyasət yeritmək mümkün deyil. Xalqımızın qədim mədəniyyəti, bügünkü güclü potensialı, ordusu, iqtisadi gücü buna zəmin yaradır. Arzu edirik ki, Rusiya sözü ilə əməli bir olan prezident İlham Əliyevin siyasətini dəstəkləsin və Azərbaycanın ərazi məsələlərində təcavüzkar Ermənistanı müdafiə etməkdən əl çəksin".

Ceyhun ABASOV

 





26.07.2017    çap et  çap et