525.Az

Azərbaycanlı gənclər Koreyada səfərdədir


 

Azərbaycanlı gənclər Koreyada səfərdədir<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin idarə heyətinin sədri müavini Azər Əmirov Koreyaya səfər edib.

Təşkilatdan verilən məlumata görə, A.Əmirovun bu səfəri  Gənclər və İdman Nazirliyinin 2005-ci ildən bəri həyata keçirdiyi Azərbaycan-Koreya gənclərinin mübadilə proqramını çərçivəsində baş tutub.

Layihə çərçivəsində bir qrup azərbaycanlı gənc Koreyaya səfər edərək bu ölkənin tarixi, mədəniyyəti və gənclər siyasəti ilə bağlı geniş məlumat əldə etmək imkanı qazanırlar.

Eyni zamanda, koreyalı gənclər Azərbaycana gələrək müxtəlif mühim dövlət qurumlarına gedir, Azərbaycanın mədəni və tarixi yerləri ilə yaxından tanış olurlar.

Qeyd edək ki, bu ilin iyul ayında Koreyadan 10 nəfər gənc Azərbaycana səfər edərək ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından tanış olublar.

Hazırda “İrəli” İctimai Birliyinin əməkdaşı da daxil olmaqla Azərbaycandan olan 10 nəfər gənc Koreyada səfərdədir.

Nümayəndə heyəti Azərbaycanın Koreyadakı səfirliyində olub, həmçinin, gənclərlə iş aparan 5 böyük gənclər mərkəzində görüşlər keçiriblər. Bununla yanaşı, azərbaycanlı gənclər Koreya Gəncləri ilə İş Agentliyinə səfər edərək oradakı işlərlə də tanış olublar.

Ceyhun ABASOV

 





26.07.2017    çap et  çap et