525.Az

Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölən və xəsarət alanlar var


 

Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölən və xəsarət alanlar var<b style="color:red"></b>

Azərbaycan paytaxtının mərkəzində sərnişin avtobusu minik maşını ilə toqquşub.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, yol qəzası Nəsimi rayonu, 28 may küçəsi 78-də baş verib. 30 saylı sərnişin avtobusu “Mercedes” markalı avtomobillə toqquşub. Qəza zamanı bir nəfər hadisə yerində dünyasını dəyişib.
 
Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza zamanı xəsarət alan 4 nəfər xəstəxanaya gətirilib. Xəsarət alanlardan 1-nin vəziyyəti kəskin ağır, digər 3-nün vəziyyəti isə orta-ağır qiymətləndirilir.
 
Ölən və xəsarət alanların adları dəqiqləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır

 





18.05.2013    çap et  çap et