525.Az

Rusiya bankları identifikasiyanı "selfie" ilə həyata keçirəcək


 

Rusiya bankları identifikasiyanı "selfie" ilə həyata keçirəcək<b style="color:red"></b>

Rusiya bankları müştərilərin identifikasiyasını smartfonlar vasitəsilə çəkilən "selfie" ilə həyata keçirməyi planlaşdırır. "Sberbank", "VTB 24", "SMP-bank" və "Rosbank" "Binbank", "Sitibank" və "Ak Bars" bu sistemin işə salınması imkanlarını nəzərdən keçirir.

AzərTAc "lenta.ru"ya istinadla xəbər verir ki, identifikasiya üsulu istənilən əməliyyat zamanı vətəndaşın şəxsiyyətini müəyyənləşdirməyə və məlumatların yoxlanılması vaxtına 0,5 saniyə qənaət etməyə imkan verəcək.

Yeni sistemin iyulun sonunda sınaqdan keçiriləcək Milli Biometrik Platformanın buraxılışından sonra tətbiqi gözlənilir.

Martda "Sberbank"ın prezidenti German Qref bildirmişdi ki, kredit müəssisəsi dodaqların hərəkətinə görə müştərilərin identifikasiyası texnologiyası üzərində işləyir.

 





26.07.2017    çap et  çap et