525.Az

USB-brelok fərdi kompüteri maşın təlimi funksiyaları ilə təchiz edəcək


 

USB-brelok fərdi kompüteri maşın təlimi funksiyaları ilə təchiz edəcək<b style="color:red"></b>

“Movidius” şirkəti “Neural Compute Stick” adlanan, olduqca maraqlı hesablama modulunu təqdim edib. Qurğu USB 3.0 interfeysli brelok formasında hazırlanıb. Bu kiçik qadcet istənilən kompüteri maşın təlimi imkanları ilə təchiz edə bilər. “Neural Compute Stick”in əsasında Movidius Vision Processing Unit (VPU) hesablama düyünü dayanır. VPU internetə qoşulmadan məsələləri müstəqil həll edir.

AzərTAc “3dnews.ru” saytına istinadla xəbər verir ki, VPU bir vatdan az enerji sərf edir. Bu halda onun məhsuldarlığı 100 qiqaflopsa çatır. Brelokun ölçüləri 72,5×27×14 millimetrdir.

“Neural Compute Stick” breloku süni intellekt sahəsində müəyyən məsələlərin həllində kömək edəcək. Yeniliyin potensial tətbiq sahələrinə intellektual videoizləmə kamerası, ev üçün “ağıllı” məhsul, dronlar və s. aiddir.

Hazırda süni intellekt və maşın təlimi ən əhəmiyyətli tədqiqat sahələrindəndir. Ekspertlərin fikrincə, 2020-ci ilədək dünyada internetə qoşulmaq və öz aralarında məlumat mübadiləsi aparmaq bacarığına malik olan 50 milyarddan çox maşın və qurğu işləyəcək.

Qeyd edək ki, brelokun qiyməti təxminən 80 ABŞ dolları təşkil edir.

 





26.07.2017    çap et  çap et