525.Az

Britaniyada dizel və benzin mühərrikləri qadağan ediləcək


 

Britaniyada dizel və benzin mühərrikləri qadağan ediləcək<b style="color:red"></b> Fransanın ardınca Böyük Britaniya da 2040-cı ildə dizel və benzin mühərriklərini qadağan etmək niyyətində olduğunu açıqlayıb.
 
İKT.lent.az-ın "Electrek"ə istinadən xəbərinə görə, bu addım ilk növbədə havanın getdikcə çirklənməsinin qarşısını almaq niyyətindən doğur.
 
Böyük Britaniya hökumətinin mətbuat katibi bildirib ki, havanın pis keydiyyəti sağlamlıq üçün ən böyük ekoloji riskdir: "Hökumət ən yaxın vaxtlarda həlledici addımlar atmaq fikrindədir. Əks halda, havanın təmizlənməsi büdcəyə hər il 12 milyard dollara başa gələ bilər".
 
Qeyd edək ki, 2025-ci ildə Hollandiyada qaz və benzinlə işləyən maşınlar qadağan ediləcək.
 





26.07.2017    çap et  çap et