525.Az

Xalidə Xalid azadlıqda


 

Xalidə Xalid azadlıqda<b style="color:red"></b> Hazırda İranda səfərdə olan Azərbaycan Milli Məclisinin komitə sədri Eldar İbrahimov da APA-ya açıqlamasında Xalidə Xalidin və sürücüsünün azadlığa buraxıldığını təsdiqləyib. O deyib ki, səfər çərçivəsində onlara hər iki Azərbaycan vətəndaşının azadlığa buraxılması barədə məlumat verilib.
 
E. İbrahimov bu şəxslərin Azərbaycana dönəcəkləri vaxtla bağlı dəqiq məlumatı olmadığını da bildirib.
 
***
12.18
 
Azərbaycan Milli Elmlər Akademiyasının Təbrizdə həbs edilən əməkdaşı, Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhiyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.
 
Bu barədə APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib. 
 
Səfir hər iki şəxsin mayın 19-da səhər saatlarında azadlığa buraxıldığını deyib. 
 
Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub
 





19.05.2013    çap et  çap et