525.Az

Türkiyə səfirliyinin mədəniyyət müşaviri "Şərq” qəzetində - Fotolar


 

Türkiyə səfirliyinin mədəniyyət müşaviri "Şərq” qəzetində - <b style="color:red">Fotolar</b>

Dünən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi "Şərq” qəzeti redaksiyasının qonağı olub.

Qəzetin baş redaktoru Akif Aşırlı və redaksiyamıza təşrif buyuran qocaman jurnalist Sabir Gəncəli ilə görüşən İ.Çiftçi redaksiyada yaradılmış Mətbuat Tarixi Muzeyi ilə ətraflı tanış olub və bu təşəbbüsü yüksək qiymətləndirib.

O bildirib ki, eksponatların, portret və orijinal kitabların dəyərli olması səbəbindən bu işlər daha da genişləndirilməlidir:

"Həmin kitabların və orijinal mətbuat nümunələrinin tezliklə "PDF” formatının yaradılıb, elektronlaşdırılması vacibdir".

Bundan başqa İ.Çiftçi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dərc etdirdiyi "Bir taşım keyif” adlı türk qəhvəsinin 500 illik tarixi haqqında kitabı muzeyə hədiyyə edib.

Qocaman mətbuat tədqiqatçısı Sabir Gəncəli isə müşavirə dünyanın ziyalı qadınları haqqında yazdığı "Qadın, gözəllik və ülviyyət” adlı ensiklopediyasını bağışlayıb.

 





28.07.2017    çap et  çap et