525.Az

Sumqayıtda məktəblini ölümcül hala saldılar


 

Sumqayıtda məktəblini ölümcül hala saldılar<b style="color:red"></b> Bu gün saat 02 radələrində Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sahil küçəsindəki, “Laçın” kafesinin yaxınlığında 1996-cı il təvəllüdlü Məmmədov Elvin Məhəmməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 17 yaşlı oğlan döş qəfəsindən aldığı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kritikdir.
 
Qeyd edək ki, bıçaqlanmış oğlan orta məktəbin 11-ci sinif şagirdidir. Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.
 





20.05.2013    çap et  çap et