525.Az

Azərbaycan Türkiyə şirkəti ilə birgə termal silah durbini istehsal edəcək


 

Azərbaycan Türkiyə şirkəti ilə birgə termal silah durbini istehsal edəcək<b style="color:red"></b>

Azərbaycanda yaxın vaxtlarda ASELSAN-ın lisenziyası ilə BOA termal silah durbininin istehsalına başlanacaq.

Bu barədə APA-ya ASELSAN şirkətindən məlumat verilib.
 
Artıq termal sistemin istehsalı ilə bağlı müvafiq texnologiyalar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Optika» İstehsalat Birliyinə verilib.
 
Qeyd edək ki, hazırda ASELSAN-ın lisenziyası ilə Azərbaycanda «Təkgöz» adlanan optik görüş sisteminin istehsalı davam etdirilir.
 
ASELSAN-dan o da bildirilib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən şirkətin istehsalı olan «Şahingözü» elektro-optik sistemi, «Piton» adlı termal silah durbini, AN-AVS 6 pilot gecə görüş sistemi və lazer məsafə ölçərlər geniş istifadə olunur.

 





20.05.2013    çap et  çap et