525.Az

Zukerberq Maskın bəyanatlarına qarşı çıxdı


 

Zukerberq Maskın bəyanatlarına qarşı çıxdı<b style="color:red"></b>

Amerikalı milyarder və “SpaceX” şirkətinin banisi İlon Mask əmindir ki, süni intellekt texnologiyalarının çox sürətli inkişafı gec-tez bəşəriyyətin iflasına gətirib çıxaracaq. “Facebook”un yaradıcısı Mark Zukerberq isə onunla razı deyil və bu kimi çıxışları məsuliyyətsizlik hesab edir.

AzərTAc “planet-today.ru” saytına istinadla xəbər verir ki, İ.Maskın dünyanın sonu ilə bağlı bəyanatları haqqında M.Zukerberqin fikrini öyrəniblər. “Facebook”un banisi süni intellektin inkişafı ilə bağlı nikbin proqnozlar verib.

O hesab edir ki, “silisium beyin” bəşəriyyətə yalnız xeyir gətirəcək. Lakin İ.Mask bu kimi bəyanatlar edərək cəmiyyətdə cahilliyi artırır.

Qeyd etmək lazımdır ki, mətbuatda ənənəvi olaraq “süni intellekt” adlandırılan alqoritmlər neyron şəbəkələri əsasında ixtisaslaşdırılmış həllərdir. İnsan beyninin prinsiplərinin köçürülməsini nəzərdə tutan alqoritmlər xəyalpərəstlərin təsvir etdiyi “süni intellekt” anlayışından hələ çox uzaqdır.

 





29.07.2017    çap et  çap et