525.Az

Danışılmış oyuna görə kütləvi həbs


 

Danışılmış oyuna görə kütləvi həbs<b style="color:red"></b>

Fransanın “Monpelye” komandasının 8 həndbolçusu və onların bir neçə ortağı həbs olunub.

Qol.Az-ın məlumatına görə, onlar PSJ ilə matçdan sonra danışılmış oyunda şübhəli bilinərək saxlanılıblar.

Tutulanlar arasında ikiqat olimpiya çempionu Nikola Karabatiç və onun qardaşı Luka Karabatiç də var. Onlar oyundan dərhal sonra yaxalanıblar. Digər saxlanılanlar barədə məlumat verilmir. Görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb – 38:24. “Monpelye” rəsmisi məsələ ilə bağlı şərhdən imtina edib. O, bir neçə oyunçu ilə polisin danışdığını deməklə kifayətlənib.

Qeyd edək ki, Fransa mətbuatı “Monpelye”nin bir neçə oyunçusunun qəsdən uduzduqlarını yazıb. Xəbərlərdə bildirilib ki, həndbolçuların dostları və qohumları bu məqsədlə hər matça 5 min dollar pul qoyuluşu ediblər. Polis ümumi uduşun 200 min dollar təşkil etdiyini açıqlayıb.

 

 





02.10.2012    çap et  çap et