525.Az

Havanın temperaturu yüksələcək


 

Havanın temperaturu yüksələcək<b style="color:red"></b>

Sabahdan etibarən Azərbaycan ərazisində havanın temperaturu bu günlərlə müqayisədə 2-3 dərəcə artacaq.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
 
O bildirib ki, mayın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru buludluğun artacağı və yarımadanın bəzi yerlərində qısa müddətli yağışın yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam doğru yarımadanın bəzi yerlərinə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 22-27 dərəcə olacaq.
 
Azərbaycanın rayonlarında da mayın 21-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq.
 
Mayın 22-də də gecə və aşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.
 
Yaxın 2 gün ərzində Bakı və Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

 





20.05.2013    çap et  çap et