525.Az

Qədim astronomik cihazlar


 

Qədim astronomik cihazlar<b style="color:red"></b>

Astronomiya sahəsində bir neçə əsr bundan əvvəl icad edilən cihazlar var ki, hələ də istifadə olunur.

525.az Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadla xəbər verir ki, bu cihazlardan biri ekvatoriumdur. Riyazi hesablamalar üzərində deyil, məhz həndəsi model üzərində qurulan bu cihazın köməyi ilə Günəşin, Ayın və digər səma cisimlərinin, obyektlərin vəziyyətini müəyyən etmək mümkün olub. Ekvatorium ilk dəfə 11-ci əsrdə ərəb riyaziyyatçısı əz-Zarkali tərəfindən hazırlanıb.

Torkvetum cihazı isə analoqu olmayan hesablayıcı qurğudur. Torkvetum müxtəlif səma koordinat sistemlərini ölçə bilir və eyni zamanda, çox asanlıqla bir sistemdən digər sistemə keçidi təmin edir. Bu xüsusiyyətləri özündə cəmləşdirən cihaz 12-ci əsrdə Ərəbistanın qərbində Cabir ibn Aflaxom adlı astronom tərəfindən hesablanıb hazırlanıbdır.

Astrarium qədim astronomik saatdan əlavə, həm də əsl planetardır. Mürəkkəb mexaniki cihaz 14-cü əsrdə italyan ustası Covanni de Dondi tərəfindən ixtira olunub. Bundan əlavə, Covanni öz növbəsində Avropada texnologiyaların inkişafı və mexaniki saat alətlərinin hazırlanmasının dəqiq başlanğıcını söyləmişdi. Astrarium bütün günəş sistemini mükəmməl model olaraq göstərməklə yanaşı, səma sahəsində planetlərin yerdəyişməsini belə dəqiq təsbit edirdi. Cihaz təqvim tarixini və mühüm bayramları da qeyd edirdi.

Planisferi XVII əsrdə icad olunub. Əsasən göy cisimlərinin müxtəlif məqamlarının müəyyənləşdirilməsində istifadə olunurdu. Əslində planisferin daxilində koordinatlar əks olunan metal disk yerləşir. Mərkəzə yaxın olduğu üçün səma sahəsinin müstəvidə təsviri ya stereoqrafiya, ya da azimut proyeksiyaları şəklində ola bilərdi.

Sekstant cihazının çox maraqlı tarixçəsi var. Cihazın fəaliyyət prinsipi elmə ilk dəfə 1699-cu ildə İ.Nyuton tərəfindən təqdim edilsə də, bilinməyən səbəblərə görə dərc olunmayıb. Bir neçə onillikdən sonra 1730-cu ildə iki nəfər bir-birindən xəbərsiz elmə sekstantı ixtira olaraq təqdim edib. Tətbiq sahəsi qat-qat daha geniş olan sekstant, nəinki yerin coğrafi koordinatlarının müəyyən edilməsində, eləcə də naviqasiya aləti olaraq kifayət qədər tez populyarlıq qazanıb. Buna görə də astrolabe öz məşhurluğunu itirdi.

Armillyarna sahəsi - həm faydalı, həm də çox gözəl astronomik alətdir. Cihaz şaquli oxu ətrafında fırlanan əsas dairələrin dəstəyi ilə səma meridianlarının hərəkətli hissəsini göstərir, ekvator və ya ekliptika koordinatlarında hərəkət edən müxtəlif göy cisimlərini təsbit edir. Bu cihazın eramızdan əvvəl III əsrdə yaşamış həndəsə alimi Erotosfenin icadı olduğu deyilir. Ən maraqlısı odur ki, bu sahə cihazı XX əsrin əvvəllərinə kimi istifadə olunub.

 





31.07.2017    çap et  çap et