525.Az

“Günlərdən şeir”də dördüncü görüş


 

“Günlərdən şeir”də dördüncü görüş<b style="color:red"></b>

İyulun 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana”da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Günlərdən şeir” layihəsinin dördüncü tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin növbəti qonağı AYB-nin üzvləri, tanınmış gənc şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn olub.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq qonaqları salamlayıb, bu görüşlərin əhəmiyyətindən danışıb. AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək tədbirin oxucular üçün xüsusi önəm daşıdığını qeyd etməklə yanaşı, layihə çərçivəsində növbəti silsilə şeir günlərinin keçiriləcəyini vurğulayıb.

Gənc şair Fərid Hüseyn “Başqa cür olmur” və başqa şeirlərini söyləyib. Şəhriyar Del Gerani “Bir daş altda, bir daş üstə”, “Oktyabr”, “Darıxmağın adı” və digər şeirlərini səsləndirib.

Tədbirdə iştirak edən şairlərdən Esmira Məhi qızı “Şuşa” şeirini, Səyyarə Məmmədli “Kaş, dönüb quş olaydım” və aprel şəhidlərinə həsr etdiyi “Əsgər bitirəcək torpaq bu bahar” adlı şeirlərini söyləyib.

Sonda gənc şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara hədiyyə olaraq təqdim edilib.

Gənc şairlər tərəfindən şeirlər səsləndirilib, oxucuların sualları cavablandırlıb.

Sonda şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara təqdim edilib.

 





31.07.2017    çap et  çap et