525.Az

Azərbaycan vətəndaşları Türkiyədə necə mülk ala bilər? (Müsahibə)


 

ABDULLAH ÇİFTÇİ: “TÜRKİYƏDƏ MƏNZİLİ OLAN AZƏRBAYCAN VƏTƏNDAŞLARI HÖKUMƏTİN İCAZƏSİ İLƏ MÜDDƏTSİZ OTURUM İZNİ ALA BİLƏRLƏR”

Azərbaycan vətəndaşları Türkiyədə necə mülk ala bilər? <b style="color:red">(Müsahibə)</b>

Ötən il Türkiyə qanunlarına edilmiş dəyişikliyə əsasən, əcnəbilərə ölkə ərazisində daşınmaz əmlak almağa icazə veriləndən sonra Türkiyənin inşaat sektorunda canlanma müşahidə olunmağa başlayıb. Bu sektora maraq göstərən əcnəbilər arasında keçmiş SSRİ məkanından və ərəb ölkələrindən olan müştərilər də az deyillər.

Məhz bu coğrafi bölgədən olan müştərilərə dəstək məqsədilə Ərəb Ölkələri və Türk Respublikaları Əmlak Yatırımcıları Birliyi yaradılıb. Birliyin sədri Abdullah Çiftçinin sözlərinə görə, birliyin yaranma məqsədi ilk növbədə ərəb ölkələri və türkdilli ölkələrin vətəndaşlarının Türkiyədə daşınmaz əmlak sektoruna investisiya qoymalarına kömək etməkdir. Türkiyənin bütün şəhərlərində inşaat şirkətlərinin fəaliyyəti barədə geniş məlumatı olan birlik Türkiyədə mənzil almağı düşünən əcnəbilərə heç bir ödəniş etmədən mütəxəssis məsləhəti verir, mənzilin qeydiyyat sənədlərini və oturma icazəsi alma prosedurunu da izləyirik.

“525”ə müsahibəsində Ərəb Ölkələri və Türk Cümhuriyyətləri Daşınmaz Əmlak Yatırımçıları Dərnəyinin sədri Abdullah Çiftçi deyib ki, son bir ildə xaricilər Türkiyədə inşaatı bitmiş binalardan 130 min hazır mənzil alıb. Bundan başqa, inşaatı davam edən binalardan da 10 min mənzil xarici müştərilər tərəfindən alınıb.

Azərbaycanlılar Türkiyədə yatırım və yaşamaq məqsədi ilə mənzillər alırlar. Azərbaycan vətəndaşları daha çox Antalya, Bodrum kimi turistik yerlərdən yay tətili üçün bağ evlərinə maraq göstərirlər. Amma yatırım məqsədi olanlar İstanbuldan mənzil alırlar. Biznes yatırımı qoymaq istəyən azərbaycanlılar İstanbuldan otellər alıblar.

Yaşamaq məqsədi ilə mənzillərə baxarkən İstanbul, İzmir, Ankara, Bursa kimi şəhərlərə üstünlük verilə bilər. Bursada Uludağ  xizək mərkəzi var. Bursa, eyni zamanda Osmanlı Dövlətinin ilk paytaxtıdır, tarixi bir şəhərdir. “Yaşıl Bursa” kimi də təbliğ olunur. Həm dənizkənarı, həm xizək mərkəzi olmaqla yanaşı, təbii müalicə obyektlərinin də olduğu bir şəhərdir. Yalovada da termal obyektlər və dəniz var. Ankara paytaxt, İzmir tarixi liman və ticarət şəhəri, İstanbul isə bütün dünyanın bəyəndiyi bir şəhərdir.

– Azərbaycanlılar Türkiyədən əmlak ala bilərmi?

– 2012-ci ildə Türkiyədə qanunlara edilmiş dəyişikliklərdən sonra azərbaycanlılar heç bir maneə olmadan Türkiyədən torpaq sahəsi,  mənzil ala bilərlər. “Bir millət – iki dövlət” şüarı ilə Azərbaycan və Türkiyə qardaş olduğunu dünyaya elan etdilər. Tanıdığım azərbaycanlılar Türkiyəni ikinci Vətən olaraq görürlər.

Türkiyədə daşınmaz əmlak sektoru sürətlə inkişaf edən sektordur. Azərbaycanlılar, investisiya məqsədi ilə xüsusilə İstanbuldan mənzil, otel, iş mərkəzləri ala bilərlər. Çünki İstanbulda daşınmaz əmlak sektoruna investisiya qoymaq çox sərfəlidir. Bir çox Azərbaycan vətəndaşı da İstanbula yatırım qoyur.

– Türkiyədən mənzil almaq istəyən Azərbaycan vətəndaşı nələrə diqqət etməlidir?

– Əvvəlcə mənzili nə məqsədlə aldığına baxmalıdır – mənzil investisiya məqsədli, yoxsa yaşamaq məqsədi iləmi alınacaq? İnvestisiya məqsədli mənzil alınacaqsa, inşaatı davam edən layihələrdən mənzil almaq daha sərfəlidir. Çünki layihənin başlanğıcında mənzil alınsa, layihə bitimində ortalama 20 faiz dəyər qazana bilər.

Yaşamaq məqsədi ilə mənzil alınırsa, bunun yeni tikilən binalardan olmasını məsləhət görürəm. İstanbulda ən son texnologiya ilə inşa olunmuş binalar var. Bu binaların içində alış-veriş mərkəzi, idman sahələri, uşaq parkları, üzmə hovuzu kimi sosial imkanlar var. Bundan başqa, müasir texnologiya ilə inşa edilmiş binalar zəlzələyə davamlıdır. Yeni binalardan mənzil alınması daha sərfəlidir.

Mülk alınacaq şirkətin seçimi də çox əhəmiyyətlidir. Hər ölkədə olduğu kimi, Türkiyədə də hər şirkətdən mənzil alınmaz. Bu səbəblə mənzil alarkən şirkətin keçmiş referanslarını, daha əvvəl tamamlayıb təslim etdiyi mənzillərin layihələrini araşdırmaq lazımdır.

Tətil məqsədli, bağ evi alınacaqsa, yenə inşa edən şirkətin nə qədər etibarlılığını yaxşı araşdırmaq lazımdır.

– Azərbaycanlılara hansı şəhərlərdə mənzil almağı məsləhət görürsünüz?

– Mülk, yay tətili məqsədi ilə bağ evi alınacaqsa, Antalya və qəsəbələri, Bodrum, Kuşadası, Marmaris, Fethiye kimi dəniz kənarı ərazilər seçilməlidir. Türkiyədə ruslar və almanlar daha çox Antalyanı, ingilislər isə Fethiye, Datça, Dalaman kimi bölgələrə üstünlük verirlər.

Küveyt və Səudiyyə Ərəbistanından olan müştərilər isə daha çox İstanbulu tərcih edirlər.

Azərbaycanlılar da Türkiyədə yatırım və yaşamaq məqsədi ilə mənzillər alırlar. Azərbaycan vətəndaşları daha çox Antalya, Bodrum kimi turistik yerlərdən yay tətili üçün bağ evlərinə maraq göstərirlər. Amma yatırım məqsədi olanlar İstanbuldan mənzil alırlar. Biznes yatırımı qoymaq istəyən azərbaycanlılar İstanbuldan otellər alıblar.

Yaşamaq məqsədi ilə mənzillərə baxarkən İstanbul, İzmir, Ankara, Bursa kimi şəhərlərə üstünlük verilə bilər. Bursada Uludağ  xizək mərkəzi var. Bursa, eyni zamanda Osmanlı Dövlətinin ilk paytaxtıdır, tarixi bir şəhərdir. “Yaşıl Bursa” kimi də təbliğ olunur. Həm dənizkənarı, həm xizək mərkəzi olmaqla yanaşı, təbii müalicə obyektlərinin də olduğu bir şəhərdir. Yalovada da termal obyektlər və dəniz var. Ankara paytaxt, İzmir tarixi liman və ticarət şəhəri, İstanbul isə bütün dünyanın bəyəndiyi bir şəhərdir.

Xaricilərə Türkiyədə mülk almaq hüququ verildikdən sonra dünyanın hər ölkəsindən İstanbuldan mənzil alışı artıb. Xüsusilə ərəb ölkələrindən İstanbula sıx maraq var.

– Türkiyədə dəniz qumundan binaların inşa edildiyi xəbərlərdə keçdi. Azərbaycanlı müştərilər belə mənzillərlə aldadılmamaları üçün nə etməlidirlər?

–  Bu xəbər tamamilə əsassızdır. Türk inşaat sektoru bütün dünyada bilinən hörmətli bir sektordur. İnşaat texnologiyaları çox inkişaf edib. Bundan başqa, dövlət tərəfindən nəzarət var. Ancaq azərbaycanlıların bir narahatlığı olarsa, bizim Birliyə müraciət edə bilərlər. Biz dərnək olaraq azərbaycanlılara pulsuz məsləhət xidməti veririk.

– Türkiyədən mənzil alan azərbaycanlıların buradakı oturum məsələləri necə həll olunur?

– Yeni çıxan bir qanuna görə Türkiyədən mənzil alan azərbaycanlılar bir il müddətinə oturum ala bilər, mənzillərini satmadıqları müddətdə oturma icazəsini hər il uzada bilərlər. Yəni, əslində, Türkiyədə mənzili olan Azərbaycan vətəndaşları hökumətin icazəsi ilə müddətsiz oturum izni ala bilərlər.

–  Türkiyədən mənzil almaq istəyən Azərbaycan vətəndaşı hansı prosedurlardan keçməlidir?

– Torpaq sahəsi alınıbsa, fərdi şəxslər və şirkətlər, aldıqları torpaq üzərində layihə həyata keçirə biləcəklər. Ancaq bu layihə 2 il ərzində müvafiq nazirliyin təsdiqinə təqdim ediləcək.

Ev alqı-satqısı zamanı Tapu Müdürlüyünə (Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Müdürlüyü) müraciət edilməlidir.

Bunun üçün bu sənədlər təqdim edilməlidir;

* Şəxsiyyət vəsiqəsi və pasport;

* Oturum izninə tabe olanların Emniyyet Müdürlüyündən alacaqları rəsmi sənəd;

* Etibarnamə istifadə edənlərin etibarnamə əsli və notarius tərcüməsi.

* Ev alış-veriş əməliyyatlarında xərclər;

Bir Azərbaycan vətəndaşının qarşılaşacağı xərclər isə belədir;

* Alqı-satqı vergisi;

* Dövriyyə ödənişi;

* Pasport tərcüməsi;

* Eskiz ödənişi.

Alınan mənzilin tapusunu (qeydiyyat sənədini) alma əməliyyatı üçün İstanbul xaricindəki şəhərlərdə müddət bir neçə gündür. İstanbulda isə Hərbi Təhlükəsizlik araşdırması səbəbiylə prosedur 45 gün çəkə bilər. Ancaq 2013-cü ilin sonunda İstanbulda da müddət bir neçə günə düşəcək.

–  Azərbaycanlı böyük sərmayəçilərə necə bir xidmət verirsiniz?

– Azərbaycanlı sərmayəçiləri türk əmlak inkişafı ilə məşğul olan işadamları ilə görüşdürə bilərik. Onlar ortaq layihələr edə bilərlər. Birlik olaraq sərmayəçiləri, türk şirkətləri ilə məsləhətləşmələr masasında görüşdürə bilərik. Olar böyük iş mərkəzləri, alış-veriş mərkəzləri və Otel kimi layihələrə investisiya qoya bilərlər. Azərbaycanlı sərmayəçiləri dövlət rəsmiləri ilə də görüşdürə bilərik.

İlhamə QASIMLI
Ankara

 





20.05.2013    çap et  çap et