525.Az

Milli Kitabxanasında kitab sərgisi


 

Milli Kitabxanasında kitab sərgisi<b style="color:red"></b>

Dünən Azərbaycan Milli Kitabxanasında "1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür" adlı kitab sərgisinin açılışı olub.

Tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixi, bugünə kimi keçdiyi şərəfli inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib.

Kitabxananın şöbə müdirləri Rəna Əsədova, Gülər Hüseynova Azərbaycan dilinin sadəliyindən, aydınlığından bəhs ediblər.

Sonra isə tədbir iştirakçıları "1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür" adlı kitab sərgisi ilə tanış olublar. Sərgi tədbir iştirakçıları və oxucular tərəfindən maraqla qarşılanıb.

 





01.08.2017    çap et  çap et