525.Az

"Kardeş kalemler"in yeni sayı


 

"Kardeş kalemler"in yeni sayı <b style="color:red"></b>

Bugünlərdə "Kardeş kalemler" dərgisinin iyul sayı işıq üzü görüb.

Dərginin bu sayı Özbəkistan şairi Erkin Vahidovun şeiri ilə açılır. Şairin "Özbəyim" şeiri Tahir Kahharın tərcüməsində çap olunub. Bu sayda Özbəkistandan Ötkir Haşimov Muhammademin Tohliyevin tərcüməsində "Şəhərli damat", Sanaber Tölegenova "Kadirin ilk hocası" yazıları ilə çıxış ediblər.

Azərbaycandan dərginin bu sayında gənc şair Ramil Əhmədə yer verilib. Şairin qısa tərcümeyi-halı və bir neçə şeiri çap olunub. Türkiyədən Gülay Sormageç şeirləri, Yakup Öməroğlu "Bitlisin qurtuluşunun Tanrı dağlarında yazılan taleyi", Əzizə Kaya "Özgüvən balonu" yazıları ilə çıxış ediblər. Yazıçı Ataman Kalebozanın Ülkü Taşlıovaya verdiyi müsahibə də bu bölmədədir. Saffet Yılmaz "Göytürk hərfləriylə Sekel Runik (Rovas) əlifbasının qarşılaşdırılması və Sekel əlifbasının sosyol inqvistik acıdan incelenmesi" araşdırması, professor Sadık Tural "Dursun Kuveloğlunun "Ben Hain" romanı ətrafında" yazısı ilə Türkiyədən qatılıblar.

Dərgidə Bolqarıstandan Hüseyn Mehmet Oğuzun tərcümeyi-halı və şeirləri, Əli Həsən Kadirın tərcümeyi-halı və "Ana Qəlbi" hekayəsi də çap olunub. Bölməni Şaban Mahmutoğlu Kalkan hazırlayıb.

Abdımanap Caparkulov təcümeyi-halı və şeirləri ilə dərgiyə Qırğızıstandan qatılıb. Həmçinin, Qırğızıstandan Keneş Yusufun Kalmamat Kutlamshaevin tərcüməsində "Eşq səfəri" yazısı da yer alıb.

İran Türk şair və nasiri Nigar Hiyavi ilə Ənvər Uzunun müsahibəsi dərginin Güney Azərbaycan-İran bölməsində yer alıb.

Dərginin Qazaxıstan bölməsində Ayek-Marjan Yerşunun "Asalı və Köketay", Seydulla Sadıkovun "Atayurddakı Türküstan və Hoca Əhməd Yəsəvi Uluslarası türk-qazax universiteti" yazıları dərc olunub.

"Kardeş kalemler"in təqdimatında Türkiyə ədəbiyyatı antologiyası haqqında geniş məlumat da dərginin bu sayındadır.

Şahanə MÜŞFİQ

 





01.08.2017    çap et  çap et