525.Az

XIN: “Azərbaycan Şimali Koreyadan silah almayıb”


 

XIN: “Azərbaycan Şimali Koreyadan silah almayıb”<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin Şimali Koreyadan silah alması ilə bağlı xəbərləri təkzib edib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu xəbərlər həqiqətə uyğun deyil və belə bir informasiyanın BMT-nin hesabatına necə düşməsi araşdırılacaq.   
 
Qeyd edək ki, mayın 19-da beynəlxalq mətbuatda Şimali Koreya şirkətlərinin Azərbaycana 70-ə yaxın portativ zenit-raket kompleksləri satmağa cəhd göstərdiklərinə dair xəbərlər yayılıb. Bu informasiya BMT ekspertlərinin hesabatına salınıb və BMT Təhlükəsizlik Şurasının komitəsində müzakirə olunub.

 





20.05.2013    çap et  çap et