525.Az

Almanlar Bakıda yaşayış binalarında enerji səmərəliliyi ilə bağlı seminar keçirir


 

Almanlar Bakıda yaşayış binalarında enerji səmərəliliyi ilə bağlı seminar keçirir<b style="color:red"></b>

Azərbaycanın siyasət və biznes sahələrində qərar verici şəxsləri Almaniyanın Renewables Academy (RENAC) şirkətinin “Enerji səmərəliliyi ilə bağlı biliklərin ötürülməsi (TrEff)” proqramı çərçivəsində ikinci seminarında iştirak edəcəklər.

525.az  RENAC-a istinadən xəbər verir ki, seminar yaşayış binalarında enerji səmərəliliyi mövzusuna həsr olunub.

 Ölkədə yaşayış binaları sektorunda enerji standartlarını  təkminləşdirmək üçün böyük zərurətin olduğu bildirilir və enerji səmərəliliyi tədbirlərinin tətbiq edilməsi enerji xərclərini azaltmaq, enerji fəaliyyətini və keyfiyyətini artırmaqla yanaşı, eyni zamanda mövcud və yeni binaların rahatlığını da yüksəldə bilər.

Maraqlıdır ki, indiyə qədər Azərbaycanda enerji səmərəliliyi ilə bağlı ayrıca olaraq heç bir qanun qəbul olunmayıb, və yalnız enerji səmərəliliyinə nail olunması üzrə bir neçə kiçik layihələr həyata keçirilib.

İyunda keçiriləcək seminarın əsas məqsədlərindən biri tikinti mühitində enerji səmərəliliyi tədbirlərini həyata keçirmək üçün digər Avropa ölkələrinin təcrübələrinin və biliklərinin təqdimatı olub.

 Şərqi Avropada Mənzil Sektoru Təşəbbüsünün (ŞAMST-IWO) təcrübəli mütəxəsisləri  iştirakçılara təqdim etmək  üçün digər Şərqi Avropa ölkələrindən fərqli təcrübələri öyrənmişlər.

 “Çarxı yenidən kəşf etmək hər zaman lazım olmaya bilər. Qonşu ölkələrdən öyrənilən təcrübələrin istifadəsi ümumi prosesi sürətləndirə və səhvlərdən qaçmağa imkan verə bilər”- deyə, RENAC-da TrEff layihəsinin menejeri, xanım Uta Zerinqer bildirib.

O qeyd edib ki, sözügedən seminarın mühüm məsələlərindən biri də enerji səmərəliliyi tədbirlərini tətbiq edərkən layihə menecmenti olacaq.

Qeyd edək ki, sənaye və kommersiya sahəsində enerji səmərəliliyi mövzusunda fevral ayında keçirilmiş birinci seminarda enerji sahəsində aidiyyatı qurumlardan, o cümlədən nazirliklər və şirkətlərdən 25 nəfər iştirak edib, və seminar müsbət qarşılanıb.

Seminar RENAC-ın Xaricdə Alman-Azərbaycan Ticarət Palatası (AHK), Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin İnvestisiya ve Sənaye Obyektlərinin Yenidənqurulması Şöbəsi və Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə birgə əməkdaşlığı əsasında təşkil olunub.

 “Enerji səmərəliliyi – Alman istehsalı” adı altında icra olunan layihə enerji səmərəliliyinin İxracı Təşəbbüsünün bir hissəsi olmaqla, Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyi (BMWi) tərəfindən həyata keçirilir.

TrEff layihəsi, TREE (Bərpa Oluna Bilən Enerji və Enerji Səmərəliliyin Ötürülməsi) layihəsinin əsasında yaranıb. TREE 2008-ci ildə RENAC-ın təlim proqramlarından biri kimi yaradılıb və bərpa olunan enerji sahəsinə yönəlib.

Bu günə qədər 51 ölkənin siyasətçiləri və biznes adamları üçün bu sahədə təlimlər verilib.

Azərbaycan, Qazaxıstan və Ukrayna ilə yanaşı 2011-ci ildən RENAC-ın partnyorudur.

K.Həmzəoğlu

 





20.05.2013    çap et  çap et