525.Az

2050-ci ilədək dünyada gözdən əlillərin sayı üçqat artacaq


 

2050-ci ilədək dünyada gözdən əlillərin sayı üçqat artacaq<b style="color:red"></b> Hazırda dünyada korların sayı 36 milyondur. 2050-ci ildə isə bu rəqəm 115 milyona çatacaq.
 
BBC-nin xəbərinə görə, bu haqda “Lancet” jurnalının  tədqiqatçı müəllifləri məlumat verib.
 
Görmə qabiliyyətinin itirilməsi əsasən yaşlı nəsil üçün təhlükəli hesab olunur. Bildirilir ki, Cənubi Asiya və subekvatorial Afrikada gözdən əlillərin sayı daha çoxdur.
 
118 ölkədə aparılan araşdırma zamanı məlum olub ki, 200 milyon insan görmə zəifliyindən əziyyət çəkir. 2050-ci ildə onların sayı 550 milyona çatacaq.
 
Tədqiqat müəllifləri hakimiyyət orqanlarını  göz xəstəliyi üçün daha çox maliyyə ayırmağa çağırıb.
 
Cənubi Asiyada 11,7 milyon nəfər, Şərqi-Asiya-6,2 milyon, Cənub-Şərqi Asiya-3,5 milyon, Subekvatorial Afrika-əhalinin 4%-dən çoxu, Qərbi Avropa ölkələrində məskunlaşan əhalinin 0,5%-i gözdən əlildir.
 
ZEYNƏB
 





03.08.2017    çap et  çap et