525.Az

Gürcüstan Azərbaycanla birgə turizm planlarını dəstəkləyir


 

Gürcüstan Azərbaycanla birgə turizm planlarını dəstəkləyir<b style="color:red"></b> Gürcüstan hökuməti Azərbaycanla birgə turizm məhsullarının yaradılması istiqamətində bütün təşəbbüsləri dəstəkləməkdə davam edəcək.
 
Bunu APA-nın Gürcüstan müxbirinin sualına cavabında Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyib.

O bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir: “Əməkdaşlıq nəticəsində biz birgə kombinə edilmiş turlar hazırlayırıq ki, bu turlar müxtəlif ölkələrdən olan turistlərə bir səfər çərçivəsində iki ölkəyə səfər etməyi təklif edir. Bu istiqamətdə biz azərbaycanlı həmkarlarımızla olduqca fəal əməkdaşlıq edirik”.
 
G. Çoqovadzenin sözlərinə görə, kombinə edilmiş turlar artıq həyata keçirilir: “Özəl sektor xarici turistlərə bu cür turlar təklif edirlər. Gürcüstan hökuməti Azərbaycanla bu cür birgə turizm məhsullarının reallaşdırılmasını gələcəkdə də dəstəkləməyə hazırdır”.
 





03.08.2017    çap et  çap et