525.Az

İndoneziya Mədəniyyət Günləri ilə bağlı təqdimat


 

İndoneziya Mədəniyyət Günləri ilə bağlı təqdimat <b style="color:red"></b>

Bakıda sentyabrda keçiriləcək İndoneziya Mədəniyyət Günləri ilə bağlı təqdimat təşkil olunub.
 
APA-nın məlumatına görə, tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fenani mədəniyyət günlərinin sentyabrın 9-11-də keçiriləcəyini bildirib.

O deyib ki, festivalın ilk günündə Heydər Əliyev Sarayında açılış mərasimi olacaq, 2-ci gün isə Dənizkənarı Milli Parkda tədbir təşkil olunacaq:

"Bu çərçivədə indoneziyalı rəqqasların və “Miss İndonesia”nın Azərbaycana gəlməsi gözlənilir. Həmçinin festivalın sonuncu günündə biznes görüşünün təşkili nəzərdə tutulub”.

Səfir Azərbaycanın mədəniyyət və tarix baxımından çox zəngin ölkə olduğunu vurğulayıb: “Azərbaycan Xəzərin incisidir. Bu ökənin çox gözəl insanları var”.

 





03.08.2017    çap et  çap et