525.Az

İlkin Həsəni ATV-dən qovulmayıb


 

İlkin Həsəni ATV-dən qovulmayıb<b style="color:red"></b>

“Kanalımızın əməkdaşı İlkin Həsəni işdən çıxarılmayıb. Bu barədə yayılan məlumat həqiqətə uyğun deyil”.

Bu sözləri aznews.az-a açıqlamasında Azad Azərbaycan Televiziyasının Xəbərlər Departamentinin koordinatoru Vuqar Heydərov deyib. O bildirib ki, İlkin Həsəni ATV kanalındakı vəzifəsindən azad edilməyib.

Qeyd edək ki, bu gün publika.az saytının yaydığı məlumatda bildirilirdi ki, tanınmış aparıcı İ.Həsəni ATV-dən qovulub. Sayt yazıb ki, buna aparıcının Malmo şəhərində “Eurovision”da olarkən öz “Facebook” səhifəsində sarkazm xarakterli videoları yayması səbəb olub.

Aparıcı özü isə sayta açıqlamasında belə deyib: “Mən hələ ki, ATV-yə gedib çıxmamışam, çünki səhər Bakıya çatmışam. İşdən çıxarılmağımla bağlı mənə rəhbərlikdən heç kim heç nə deməyib. İndi yoldayam, işdə hər şey bəlli olacaq. Onu deyim ki, mən Malmoda olarkən öz profilimdə sarkazm xarakterli videolar yaymışdım, bəzi ağzıgöyçəklər bunu başqa istiqamətə yönəltdilər. Həmin adamların kim olduğunu bilirəm. Amma mənə heç nə edə bilməzlər, çünki hamı yaxşı bilir ki, dövlətimi, Vətənimi məndən çox sevən yoxdur”.

 





20.05.2013    çap et  çap et