525.Az

Dinozavrlar dövründən qalma bitki tapıldı


 

Dinozavrlar dövründən qalma bitki tapıldı<b style="color:red"></b>

ABŞ-da dinozavrlar dövründən qalma canlı bitki müəyyən edilib.

AzərTAc Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Drexel Universitetinin bitki tədqiqatçısı Riçard Mccourt dinozavrlar dövründən qalma canlı "Lychnothamnus barbatus" adlı yosuna rast gəldiyini açıqlayıb.

O, yosuna 2012-2016-cı illər arasında Viskonsin və Minnesota ətrafındakı 16 göldə rast gəldiyini bildirib.

Amerikalı alim ilk dəfə gördüyü bitkinin digər növlərdən olduqca fərqli olduğunu anlayıb və bu səbəbdən yosun üzərində DNT analizi keçirib. DNT testi nəticəsində mamırın dinozavrlar dövründə yaşayan "Lychnothamnus barbatus" bitki növü olduğu aşkarlanıb.

Araşdırmanın nəticələri "American Journal of Botany" jurnalında dərc olunub.

 





03.08.2017    çap et  çap et