525.Az

“Səhnə Arxasında” layihəsi davam edir


 

“Səhnə Arxasında” layihəsi davam edir<b style="color:red"></b>

 British Council  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Teatr Əməkdaşlığı sahəsində “Səhnə Arxasında” layihəsinin davam etdiyini elan edir.

„Auditoriyanın cəlb olunması“ seminarı Coanna Taylor tərəfindən 20-21 may 2013 tarixində Bakının Park İnn mehmanxanasında baş tutacaq. Azərbaycanın dövlət və özəl teatrları, teatr studiyaları və səhnə incəsənəti sahəsində çalışan 15-dən çox mütəxəssis seminar zamanı öz bilik və təcrübələrini paylaşacaq və Birləşmiş Krallığın təklif etdiyi yeni “yaradıcı quruluşçuluq” və əməkdaşlıq modellərini öyrənəcəklər. Co seqmentləşmə və brend sahəsində xüsusi müştərilərin aparıcı konsultantıdır. Auditoriyanın baxışı vasitəsilə komandanın nizam-intizamını artıraraq tamaşaçının yanaşmasını istiqamətləndirir. Co incəsənət sahəsində ixtisaslaşır. O, menecerləri gündəlik həyatda baş tutan məsələrlə üzləşdirərək praktiki təcrübə və təmiz strateji düşüncə arasında balans yaratmağı bacarır. O, tamaşaçıların cəlb olunmasının səmərəli yollarını axtaran təşkilatları praqmatik dəstək və güvənlə təmin edir. Onun son müştərilərinə Milli Teatr, Curve, The Place, Barbican, London Simfonik Orkestrı, Liverpool Everyman & Playhouse, British Council, Goldsmiths College, Chickenshed və Cornerhouse daxildir. Co tez-tez dünyanın müxtəlif bucaqlarında təlimlər və seminarlar verir.

Qeyd edək ki, Britaniya Konsulluğu Birləşmiş Krallığın mədəniyyət əlaqələri və təhsil imkanlarına həsr edilmiş və dünyanın 109 ölkəsində fəaliyyət göstərən aparıcı beynəlxalq təşkilatıdır. Britaniya Konsulluğu Britaniya ilə digər ölkələr arasında əlaqələr və anlaşma yaradaraq, millətlər arasında etibar doğurur və Birləşmiş Krallığın ideya və nailiyyətlərinə qarşı xaricdə rəğbət qazandırır.

GÜNEL

 





20.05.2013    çap et  çap et