525.Az

BMT-nin Bakıdakı nümayəndəliyinə məxsus avtomobil piyadanı vurdu


 

BMT-nin Bakıdakı nümayəndəliyinə məxsus avtomobil piyadanı vurdu<b style="color:red"></b> Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyinə məxsus avtomobil yol-nəqliyyat hadisəsi törədib.
 
APA-nın məlumatına görə, hadisə Zığ şössesində qeydə alınıb. Diplomatik nümayəndəliyə məxsus, Zahir Mikayılovun idarə etdiyi “Mitsubishi” markalı, 013 D 006 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyada, 1994-cü il təvəllüdlü Aida Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 





05.08.2017    çap et  çap et