525.Az

Finlər havadan yemək hazırlamağa başlayıblar


 

Finlər havadan yemək hazırlamağa başlayıblar<b style="color:red"></b>

Finlandiyalı alimlər havadakı suyu və karbon anhidridini yeməli zülal qranullarına çevirən qurğu yaradıblar.

AzərTAc xəbər verir ki, ixtiraçıların fikrincə, yeni cihaz planetimizdə aclıq probleminin həllinə kömək edəcək.

Finlandiyanın Lappeenranta Texnologiya Universitetinin əməkdaşı Yuxa-Pekka Pitkanen deyib:
 
“Praktiki baxımdan bu zülallı yeməyin istehsalı üçün lazım olan bütün inqrediyentlər havada var. Bizim texnologiyanın bazasında hazırlanmış cihazları gələcəkdə səhralarda və Yer kürəsi sakinlərinin aclığa məruz qaldığı başqa yerlərdə quraşdırmaq mümkün olacaq.

Bundan əlavə, belə qurğuları evdə quraşdırmaq və ehtiyac yarananda istifadə etmək olar. Ənənəvi kənd təsərrüfatı ilə müqayisədə yemək istehsalının bu metodu əkinçilik məhsullarının yetişdirilməsi üçün xüsusi torpaq və başqa şərtlər tələb etmir. Biz həmin zülalları tam avtomatik rejimdə yetişdirə bilərik və bunun üçün heç bir pestisid və ya zəhərli gübrə tələb olunmur. Bu texnologiya ətraf mühitin çirklənməsinin və parnik qazlarının atmosferə tullanmasının qarşısını almağa kömək edir “.

 





05.08.2017    çap et  çap et