525.Az

“Günlərdən ŞEİR”in növbəti görüşü keçirildi


 

“Günlərdən ŞEİR”in növbəti görüşü keçirildi<b style="color:red"></b>

Dünən Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının “Günlərdən ŞEİR” adlı birgə layihəsinin növbəti görüşü keçirilib.

Görüşdə tanınmış yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

“Günlərdən ŞEİR”in bu dəfəki qonağı - Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı, ənənəyə sadiq olaraq onun qonağı isə şair İbrahim İlyaslı olub. Həmçinin, Güney Azərbaycandan cənublu soydaşımız şair Araz Əhmədoğlu da tədbirə qatılıb.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonaqları salamlayaraq layihə haqqında qısa məlumat verib.

Layihənin əvvəlki görüşlərindən söz açan AYB-nin mətbuat katibi, şair-publisist Xəyal Rza “Günlərdən ŞEİR”in V qonaqlarını iştirakçılara təqdim edib.

Şair-publisist Əkbər Qoşalı ilk olaraq “Suyun Şərhi” şeirini səsləndirib. Daha sonra şair özünün yaradıcılığından poeziya nümunələrini oxuyub.

Layihəni yüksək qiymətləndirən şair İbrahim İlyaslı və Xəyal Rza da öz növbələrində Azərbaycan və Türkiyə türkcəsində şeirlər səsləndiriblər.

Cənublu şair  Araz Əhmədoğlu “Bura Azərbaycandır”, aprel şəhidlərimizə həsr etdiyi “Ölümsüzlüyün yolu” və başqa şeirlərini oxuyub.

Əməkdar jurnalist Azər Həsrət tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib və uğurlar arzulayıb.

Daha sonra Ayaz Arabaçı, Səyyarə Məmmədli, Ülkər Piriyeva və başqaları çıxış edərək, həm özlərinin, həm də müxtəlif müəlliflərin şeirlərini səsləndiriblər.

Sonda müəlliflər kitablarını Açıq Kitabxanaya hədiyyə ediblər.

ŞAHANƏ

 





05.08.2017    çap et  çap et