525.Az

“Azərbaycan” jurnalının iyul sayı işıq üzü gördü


 

“Azərbaycan” jurnalının iyul sayı işıq üzü gördü<b style="color:red"></b>

“Azərbaycan” jurnalının bu sayında “Poeziya” bölməsində Məmməd İsmayıl, Anar Amin, Xəqani Həbiboğlu, Əli Nəcəfxanlı, Etibar Vəliyev, Tapdıq Yolçu, Xalid Mahmud, İbadət Qurbanova və Şəfa Vəlinin şeirləri çap olunub.

“Nəsr” bölməsində Mübariz Cəfərli “Nur” romanı, Naməddin Mirzəxanlı “Bilgisayarda sevgi macərası” povesti, Elçin Mehrəliyev “Təbiət hekayələri”, Yaşar Bünyad “Quşlar qayıtdısa”, “Ata” hekayələri ilə çıxış ediblər.

Jurnalın Yazıçı Aydın Tağıyev haqqındakı xüsusi bölməsində Pərvinin yazıçının 65 yaşına həsr olunmuş “Ümidlərin ardınca” məqaləsi çap olunub. Məqaləni yubilyarın “Müharibə görənlər” və “Su sonası” hekayələri izləyir.

Jurnalın iyul sayında Mehman Süleymanov “Şeyx Səfi məqbərəsinin talanması” araşdırma yazısı ilə çıxış edib.

Qəşəm Nəcəfzadənin şair Firuzə Məmmədlinin yaradıcılığı ilə bağlı düşüncələrini əks etdirən “Narahat ruhun poeziyası” məqaləsi “Ədəbi düşüncələr” bölməsindədir.

 Görkəmli qazax yazıçısı Muxtar Omarxanuli Auezova həsr olunmuş xüsusi rubrikada yazıçının “Yasa bürünmüş gözəl” hekayəsi və Ağahüseyn Şükürovun “Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri 192” məqaləsi çap olunub.

Jurnalın “Esse” rubrikasında Günel Natiqin “Hamısı darıxmaqdandır”, “Ölümə yuxu kimi baxmaq”, Cavid Qədirin “Sevgi deyiləndə”, İbrahim İbrahimlinin “Dahiliyin həddi” yazıları yer alıb.

Yaşar Qasımbəylinin şair Nəriman Həsənzadə haqqında yazdığı “Şairin sevgi və əbədiyyət dastanı” məqaləsi də jurnalın iyul sayındadır.

Ülvi Babayevin şair Fərid Hüseynin şeirləri haqqında qələmə aldığı “Dövrlər və ömürləri bir yerə yığmağın yorğunluğu” məqaləsi “Gənc tənqidçinin tribunası” rubrikasında çap olunub.

Jurnalın bu sayında Ədəbiyyat İnstitutundan Nailə Süleymanlı “Xətai ardıcılı Qəribi” yazısı ilə çıxış edib.

Ən yeni nəşrlər haqqında məlumat isə jurnalın “Kitab rəfi” rubrikasında verilib.

ŞAHANƏ

 





05.08.2017    çap et  çap et