525.Az

Sumqayıtdakı yanğından zərərçəkənlər üçün çadırlar quraşdırılır


 

Sumqayıtdakı yanğından zərərçəkənlər üçün çadırlar quraşdırılır<b style="color:red"></b> Avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini  təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.
 
Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub. 
 





07.08.2017    çap et  çap et