525.Az

“Türkmənistanla Azərbaycan təhlükəsizliyin qorunmasının tərəfdarıdır”


 

“Türkmənistanla Azərbaycan təhlükəsizliyin qorunmasının tərəfdarıdır”<b style="color:red"></b> “Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin”.
 
APA-nın məlumatına görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə deyib.
 
“Əvvəlcə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz Azərbaycana rəsmi səfərin həyata keçirilməsi üçün məni ölkənizə dəvət etdiniz. Mən öz adımdan və nümayəndə heyətimizin adından Sizə dərin təşəkkürümü bildirirəm. Mənə göstərilmiş səmimi qəbula görə xüsusi təşəkkürümü bildirirəm. Siz qeyd etdiyiniz kimi, biz qonşu dövlətlərik. Mənə göstərilmiş qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Burada səmərəli birgə iş üçün çox gözəl şərait yaradılıb”, - deyə o vurğulayıb.
 
Türkmənistan prezidenti qeyd edib ki, səfərinin əsas məqsədi dövlətlərimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəlib: “Bu gün əlaqələrimizin və əməkdaşlığımızın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Siyasi istiqamətə gəldikdə, bildirmək istərdim ki, dövlətlərimiz əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarıdır. Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir. Hazırkı şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər”.
 





08.08.2017    çap et  çap et